Şənbə , 28 Mart 2026
Drone Cameras

ABŞ: İran nüvə silahı yaratmaq üzərində fəal işləyir

ABŞ-nin Müdafiə Nazirliyi İranın nüvə silahı yaratmaq üçün aktiv addımlar atdığını iddia edib.

Boyukmillet.com-xəbərinə görə, bunu Arkanzas ştatından respublikaçı senator Tom Kotton “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu gün Pit Heqset təsdiq edib ki, İran nüvə silahı yaratmaq üzərində fəal işləyir. Milli təhlükəsizliyimiz, müttəfiqlərimizin və regiondakı milyonlarla mülki insanın təhlükəsizliyi naminə buna yol vermək olmaz”, – paylaşımda qeyd olunur.

İyunun 9-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bəyan edib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi olub. Qrossinin sözlərinə görə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …