Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

ABŞ İran PUA-larına görə şirkətlərə və əcnəbilərə qarşı sanksiyalar tətbiq edib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə, Daxili Təhlükəsizlik və Xəzinədarlıq Departamentləri İranın pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan bir sıra ölkələrin hüquqi və fiziki şəxslərinə qarşı sanksiya tətbiq edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xarici Aktivlərə Nəzarət İdarəsi dekabrın 19-da İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşən 10 hüquqi şəxs və 4 fiziki şəxsə qarşı sanksiya tətbiq edib. Onlar İran PUA-larının istehsalını dəstəkləyirlər.

Siyahıya üç İran vətəndaşı və bir İndoneziya vətəndaşı daxildir. Bundan əlavə, siyahıya dörd İran şirkəti, Malayziyada qeydiyyatdan keçmiş dörd təşkilat, həmçinin Honq-Konqda və İndoneziyada qeydiyyatdan keçmiş bir şirkət daxildir.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …