Cümə , 22 Noyabr 2024
Drone Cameras

ABŞ İraqa İrana olan borcunu ödəmək üçün daha 120 gün möhlət verib

ABŞ İrana olan borcunun bir hissəsini ödəmək üçün İraqa daha 120 gün möhlət hüququ tanıyıb.

Boyukmillet.com İRNA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin adının açıqlanmasını istəməyən rəsmisi jurnalistlərə məlumat verib.

Bildirilib ki, bu, İraqa İrana olan borcunun bir hissəsini Omandakı hesaba köçürməyə icazə verəcək.

“Biz elektrik enerjisi vergisindən azadolma müddətini İraq üçün uzadırıq. Bu, 2018-ci ildən bəri elektrik enerjisi vergisindən 21-ci azadolmadır. Ona görə də möhlət daha 120 gün uzadılacaq. Bu addım İraqa öz maliyyə resurslarından istifadə etməyə imkan verəcək. Bununla da İraq İrana elektrik enerjisi idxalına görə olan borcunu ödəyəcək”, – ABŞ rəsmisi deyib.

Məlumata görə, bu addım Bağdadın enerji təchizatında Tehrandan asılılığını azaltmaq üçün İranın İraqa təzyiqini azaltmaq məqsədi daşıyır. Ancaq Bağdad ehtiyac duyarsa, İrandan elektrik enerjisini tədarük edə bilər.

Qeyd edək ki, bu ilin sentyabrında İran və ABŞ arasında məhbusların mübadiləsi baş verib. Rəsmi Vaşinqton Tehranın neft satışı nəticəsində Cənubi Koreya banklarına toplanan 6 milyard dollar məbləğində maliyyə vəsaitinə tətbiq etdiyi sanksiyanı ləğv edib. Bu maliyyə vəsaiti Qətər bankları vasitəsiə İrana ötürülür.

Xatırladaq ki, İran İraqa nəql etdiyi elektrik enerjisini müxtəlif səbəbləri əsas göstərərək tez-tez kəsir. Bu ilin sentyabrından İran hakimiyyəti İraqda əvvəllər bloklanmış təxminən 2,76 milyard dollarlıq aktivlərə çıxış əldə edib. ABŞ bu əməliyyatın reallaşmasını təsdiqləyib. Həmin maliyyə vəsaiti İraqın İrana təbii qaz və elektrik enerjisinə olan borcunu ödəmək üçün istifadə ediləcək. ABŞ-nin sanksiyaları səbəbindən Tehranın əhəmiyyətli məbləğdə bank hesabları İraqda dondurulmuşdu. İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ-nin dövlət katibi Antoni Blinken arasında bu il iyunun 8-də keçirilən görüşdə vəsaitin blokdan çıxarılması barədə razılıq əldə olunmuşdu.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …