Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

ABŞ lideri Rusiya-Ukrayna müharibəsini bir neçə aya bitirə biləcəyini söyləyib

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə ABŞ lideri “CBS News”a müsahibəsində bildirib.

“Düşünürəm ki, bəli, bacaracağıq”, – Tramp aparıcının bir neçə ay ərzində bunu edə biləcəyi ilə bağlı sualına cavabında deyib.

O, qeyd edib ki, müharibə edən tərəflərə qarşı taktika kimi daha yüksək tariflər təhdidindən istifadə edərək bir sıra beynəlxalq münaqişələri həll edə bilib.

“Bununla bağlı halların 60 %-də dedim ki, əgər döyüşməyi dayandırmasanız, hər ikinizin ölkənizə tariflər tətbiq edəcəyəm və siz ABŞ ilə iş görə bilməyəcəksiniz'”, – Tramp izah edib.

O, əlavə edib ki, bu variant Vladimir Putin üçün də işləyir.

Check Also

Tramp: ABŞ və İsrailin İrana qarşı əməliyyatı məqsədlərə çatdıqdan sonra yekunlaşacaq

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı məqsədlərinə …