Bazar , 4 Oktyabr 2026
Drone Cameras

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ mövcud məhdudiyyətləri saxlayaraq və yenilərini hazırlayaraq, Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə davam edir.

Boyukmillet.com-un məlumatına görə, ABŞ-nin maliyyə nazirinin köməkçisi Conatan Berk bunu Nümayəndələr Palatasının Maliyyə Komitəsinin dinləmələrində bildirib.

“Biz (Rusiyaya qarşı-red) sanksiyalarımızın tətbiqinə davam edirik. Onların tətbiqi üçün yeni üsullar müəyyənləşdirməyə davam edirik”, – rəsmi deyib.

C.Berk əlavə edib ki, ABŞ beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edir və sanksiya rejimindəki boşluqlar barədə onlarla məlumatları operativ şəkildə paylaşır. Onun sözlərinə görə, bu, Rusiyanın maliyyə fəaliyyətini məhdudlaşdırmaq üçün görülən tədbirlərin mümkün qədər effektivliyini təmin etmək üçün olunur.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …