Bazar , 22 Dekabr 2024
Drone Cameras

ABŞ me­dia­sın­da bu öl­kə­nin Azər­bay­can si­ya­sə­ti­ni kök­lü də­yiş­mək ça­ğı­rış­la­rı güc­lə­nir…

“Hə­min töv­si­yə­yə əməl olun­ma­sı­nın re­al nə­ti­cə­si­ni bu gün hiss edi­rik”

İs­ma­yıl Ağa­yev: “Biz haq­lı ol­du­ğu­muz üçün yal­nız ob­yek­tiv­li­yin işıq­lan­dı­rıl­ma­sı­nı is­tə­yi­rik”

 

Son vaxt­lar ABŞ mət­bua­tın­da Er­mə­nis­tan əley­hi­nə ya­zı­lan və özün­də ob­yek­tiv­li­yi əks et­di­rən mə­qa­lə­lə­rin sa­yı ço­xa­lıb.  Ma­yın 18-i ABŞ-ın “Rich­mond Ti­mes-Dis­patch” qə­ze­tin­də La­çın ra­yo­nu­nun iş­ğal olun­ma­sı­nın 25 ili­nin ta­mam ol­ma­sı ilə bağ­lı dərc olu­nan mə­qa­lə­də bil­di­ri­lir ki, İŞİD ter­ror­çu­lu­ğu Ya­xın Şər­qi əha­tə et­di­yi bir vaxt­da Er­mə­nis­ta­nın ABŞ-ın müt­tə­fi­qi Azər­bay­ca­na qar­şı tə­ca­vü­zü dün­ya ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən diq­qə­tə alın­mır.

Qeyd olu­nur ki, La­çı­nın iş­ğa­lın­dan son­ra Er­mə­nis­tan Azər­bay­ca­nın da­ha bir ne­çə ra­yo­nu­nu iş­ğal edib və nə­ti­cə­də 750 min­dən çox azər­bay­can­lı ya­şa­yış yer­lə­rin­dən məc­bu­ri kö­çü­rü­lüb: “1994-cü ilin may ayın­da atəş­kəs sa­zi­şin­dən son­ra er­mə­ni­lər qa­nun­suz kö­çür­mə proq­ra­mı­nı işə sa­lıb”. Mə­qa­lə­də qeyd olu­nur ki, de­moq­ra­fik və­ziy­yə­tin də­yiş­di­ril­mə­si üçün Er­mə­nis­tan­dan və xa­ric­dən La­çın ra­yo­nu­na er­mə­ni­lər kö­çü­rü­lüb.

Mü­əl­lif vur­ğu­la­yır ki, əda­lət na­mi­nə ABŞ Er­mə­nis­ta­na təz­yiq gös­tər­mə­li­dir ki, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri ic­ra olun­sun, Azər­bay­can­da qa­nun­suz yer­lə­şən Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri iş­ğal olun­muş əra­zi­lər­dən çı­xa­rıl­sın və Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı tə­ca­vü­zü mü­ha­ki­mə olun­sun.

ABŞ mət­bua­tın­da be­lə ob­yek­tiv mə­qa­lə­lə­rin dər­ci və Er­mə­nis­ta­na iş­ğal­dan əl çək­mə­si üçün təz­yi­qin gös­tə­ril­mə­si nə­yin əla­mə­ti sa­yı­la bi­lər?

Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin səd­ri İs­ma­yıl Ağa­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, bu, Azər­bay­ca­nın apar­dı­ğı məq­səd­yön­lü si­ya­sə­tin gös­tə­ri­ci­si­dir: “Tam mə­su­liy­yə­ti­lə de­yə bi­lə­rəm ki, be­lə mə­qa­lə­lə­rin dər­ci dün­ya­nın bü­tün  öl­kə­lə­rin­də in­ten­siv xa­rak­ter al­ma­ğa baş­la­yıb. Ar­tıq dün­ya ic­ti­ma­iy­yə­ti er­mə­ni təb­li­ğa­tı­nın tə­si­rin­dən çı­xır. Bu asan ba­şa gəl­mə­yib. Azər­bay­ca­nın rəs­mi qu­rum­la­rı ilə ya­na­şı, mət­bua­tı­nın, QHT-lə­ri­nin də bu və­ziy­yə­tin alın­ma­sın­da bö­yük əmə­yi var. KİV-də dərc edi­lən han­sı­sa mə­qa­lə­yə biz adi bir hal ki­mi ya­naş­ma­ma­lı­yıq. Çün­ki ic­ti­mai rə­yi məhz bu KİV-lər kök­lə­yir. Tə­səv­vür edin ki, 10-15 il bun­dan əv­vəl ABŞ mət­bua­tın­da be­lə məz­mun­lu mə­qa­lə­nin dər­ci yal­nız xə­yal edi­lə bi­lər­di. Bi­zim di­as­por təş­ki­lat­la­rı­mız da bu is­ti­qa­mət­də çox va­cib iş­lə­rə im­za atır. Müx­tə­lif öl­kə­lər­də əl­də olu­nan irə­li­lə­yiş­lə­ri biz ay­dın şə­kil­də gö­rü­rük. He­sab edi­rəm ki, hə­qi­qə­ti özün­də əks et­di­rəm mə­qa­lə­lə­rin dər­ci bi­zim xa­ri­ci öl­kə­lər­də təb­li­ğat işin­də­ki uğu­ru­muz­la bağ­lı­dır. Hə­lə bir ne­çə il əv­vəl cə­nab Pre­zi­dent dip­lo­mat­lar­la gö­rü­şün­də de­di ki, Dağ­lıq Qa­ra­bağ­la bağ­lı ge­dən in­for­ma­si­ya sa­va­şın­da biz mü­da­fiə de­yil, hü­cum tak­ti­ka­sın­dan is­ti­fa­də et­mə­li­yik. Hə­min töv­si­yə­yə əməl olun­ma­sı­nın re­al nə­ti­cə­si­ni bu gün hiss edi­rik. Biz haq­lı ol­du­ğu­muz üçün yal­nız ob­yek­tiv­li­yin işıq­lan­dı­rıl­ma­sı­nı is­tə­yi­rik. Vic­dan­lı KİV-lər isə bu­nu işıq­lan­dır­maq­la jur­na­list pe­şə­si­nə hör­mət et­miş olur­lar”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

img

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir