Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Bakıya gəlib

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, – diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …