Şənbə , 10 Yanvar 2026
Drone Cameras

ABŞ narkotacir gəmilərinə 14 zərbə endirib

ABŞ ordusu son iki ayda Karib dənizi və Sakit okeanda narkotik daşıdığı güman edilən gəmilərə azı 14 hava və raket zərbəsi endirib.

Boyukmillet.com xəbər verir ki, “Reuters” agentliyinin araşdırmasına görə, sentyabr ayının əvvəlindən bu yana həyata keçirilən əməliyyatlar nəticəsində 61 nəfər həlak olub.

Ağ Evin açıqlamasında bildirilib ki, ABŞ Prezidenti Donald Tramp bu addımları “narkoterrorizmin qarşısını almaq və günahsız amerikalıların ölümünə son qoymaq” məqsədilə atıb.

Rəsmi bəyanatda qeyd olunur:

“O, narkoterrorizmin gətirdiyi faciəyə qarşı mübarizə üçün misilsiz addımlar atır”. 

“Reuters” yazır ki, avqustdan etibarən Tramp administrasiyası regiona ən azı 13 hərbi gəmi, 5 yardımçı gəmi və bir atom sualtı qayığı göndərib. Onlar arasında ABŞ-ın ən böyük və ən yeni aviadaşıyıcısı “USS Gerald Ford” da yer alır.

Bu əməliyyatlar həm Trampın seçki kampaniyasındakı vədləri ilə bağlıdır, həm də ABŞ-ın Karib hövzəsində artan hərbi mövcudluğunu göstərir. 

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …