Cümə , 6 Mart 2026
Drone Cameras

ABŞ Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib

ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb.

Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib.

Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir.

ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək və zərurət yaranarsa regionu tərk etmək üçün plan hazırlamaq tövsiyə olunub. /APA

Check Also

Yaxın Şərq OD içində: Azərbaycana TƏXLİYƏ olunanların sayı AÇIQLANDI

50-dən çox ölkə İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycana müraciət edib. Prosedura uyğun olaraq, təxliyə …