Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

ABŞ noyabrın əvvəlində Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

ABŞ NASAMS zenit-raket komplekslərini noyabrın əvvəlində Ukraynaya təhvil verməyi, eyni zamanda ukraynalı hərbçilərə bu silahlardan döyüşdə istifadə qaydalarını öyrətməyə başlamağı planlaşdırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

ABŞ raket hücumlarından və pilotsuz uçuş aparatlarından qorunmaq üçün onu öz ehtiyatlarından “Hawk” sistemləri ilə təchiz etmək imkanını nəzərdən keçirir.

“Biz Ukraynaya təcili dəstək üçün mümkün qədər çox hava hücumundan müdafiə vasitələri ilə təmin etmək üçün hər cür səy göstəririk”, – Ostin əlavə edib.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …