Cümə , 27 Fevral 2026
Drone Cameras

ABŞ ordusundan Ankaraya S-400-lə bağlı təhdid: “NATO texnologiyalarına məhdudiyyətlər tətbiq ediləcək, sonra isə…”

ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə, NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb. 
 
H. Qrant “Defence News”a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: “Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin “F-35″ tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər”.   
 
H. Qrant bildirib ki, S-400 anlaşmasının həyata keçirilməsi Türkiyə və NATO arasındakı hərbi işbirliyinə ciddi şəkildə təsir edəcək. 
 
Onun sözlərinə görə, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir. (apa)

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir