Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

2023-cü ilin sentyabr ayına olan məlumata görə, ABŞ 3 min 748 nüvə başlığına malikdir.

Boyukmillet.com xəbər verir ki, bu ABŞ Energetika Nazirliyi yanında Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının saytında dərc olunan məlumatlarda göstərilib.

Qeyd olunub ki, ABŞ-ın nüvə silahı ehtiyatları 1967-ci ildən bəri təxminən 88 faiz ixtisar olunaraq 31 255 nüvə başlığına, Berlin divarının çökdüyü 1989-cu ildə isə daha 83 faiz ixtisar edilərək 22 217 başlığadək azaldılıb.

ABŞ 1994-cü ildən 2023-cü ilə qədər ümumilikdə 12 088 nüvə başlığını, o cümlədən 2020-ci ildən bu yana 405 nüvə başlığını məhv edib. Eyni zamanda, təxminən 2 min döyüş başlığı istifadədən çıxarılıb. Həmçinin 1991-ci il sentyabrın 30-dan bəri qeyri-strateji taktiki nüvə başlıqlarının sayı 90 faizdən çox ixtisar olunub.

Check Also

Avropa liderləri Ukraynada müharibənin başlanmasının üçüncü ildönümündə Kiyevdə toplaşıb

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib Avropa Komissiyasının sədri Ursula fon der Leyen …