Şənbə , 28 Mart 2026
Drone Cameras

ABŞ Prezidenti ştatlara “omikron” ştamına görə əlavə yardım vəd edib

ABŞ federal hökuməti ölkədə koronavirusun “omikron” ştamının yayılması fonunda ştatların orqanlarına əlavə dəstək verməyə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Cozef Bayden videobağlantı vasitəsilə ştat qubernatorları ilə görüşdə bildirib.

“Biz, xüsusən də bayram fonunda koronavirusa yoluxma hallarının sayının artmasını müzakirə etdik. Keçən həftə qeyd etdiyim kimi, “omicron” narahatlıq mənbəyidir, lakin panikaya səbəb olmamalıdır. Biz insanların həyatını xilas etməyi, onları qorumağı, məktəblərin və müəssisələrin fəaliyyət göstərməsi üçün nə edilməli olduğunu bilirik.

Sadəcə, diqqətimizi yayındırmamaq və birlikdə işləməyə davam etmək lazımdır. Qubernatorlara mesajım çox sadədir – nəyəsə ehtiyacınız varsa, mənə deyin. Sizə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə Ağ Ev rəhbəri vurğulayıb.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …