Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz təyyarəni vurub

ABŞ Qırmızı dənizdə husilərə məxsus pilotsuz təyyarəni vurub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“Son 24 saat ərzində CENTCOM [ABŞ Mərkəzi Komandanlığı] qüvvələri Qırmızı dənizdə İranın dəstəklədiyi husi pilotsuz təyyarəni məhv edib”, – komandanlığın sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra husilər xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və əməliyyatlar dayandırılana qədər gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək. 2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.

Buna cavab olaraq, ABŞ Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və “Prosperity Guardian” əməliyyatına başladığını elan edib.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …