Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ Rusiya ilə Şərqi Avropada qoşunlarının sayının ikitərəfli azaldılmasını müzakirə etməyə hazırdır

ABŞ-ın Rusiya ilə Avropada təhlükəsizlik məsələlərinə dair müzakirələri qarşılıqlı olmaq şərtilə bölgənin şərqində qüvvələrin və təlimlərin sayının azaldılması məsələlərini də əhatə edə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə NBC televiziyası ABŞ prezident administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda, mənbələr iddia edirlər ki, Amerikanın nöqteyi-nəzərindən yalnız Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarılması Vaşinqtonun öz qüvvələrinin sayı məsələsini müzakirə etməyə başlaması üçün kifayət etməyəcək.

Qeyd olunub ki, Rusiya ilə təhlükəsizlik məsələləri üzrə danışıqlarda ABŞ Kalininqraddakı “İsgəndər” raket sistemlərinə toxuna bilər.

Müzakirə üçün potensial mövzular arasında Baltikyanı ölkələr və Polşadakı ABŞ qüvvələrinin sayı, qüvvələrin hərəkəti barədə əvvəlcədən bildirişlər ola bilər.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …