Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

ABŞ Rusiya neftinə embarqo qoyacaq

ABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib.

“Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, – Cozef Bayden qeyd edib.

“Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub”, – ABŞ rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətlərini araşdırmaq üçün xüsusi işçi qrup toplayır. “Biz Avropalı müttəfiqlərlə onların yaxtalarını, lüks mənzillərini, şəxsi təyyarələrini tapmaq və müsadirə etmək üçün birləşirik. Biz onların əyri yollarla qazandıqları pulların arxasınca gedirik”, – Bayden əlavə edib.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …