Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

ABŞ Rusiyanın gəlir mənbələrinə zərbə vuracaq tədbirlər hazırlayır

ABŞ Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olmaq üçün Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker “Bloomberg TV”yə müsahibəsində bildirib.

“Bu müharibəni Rusiya istehsalı olan nefti alaraq maliyyələşdirənlərə, məsələn, Çin, Hindistan və Braziliyaya qarşı ikinci dərəcəli sanksiyalar və rüsumların tətbiqi münaqişənin dayandırılması yolunda növbəti addımdır”, – o qeyd edib.

Diplomatın sözlərinə görə, bu tədbirlər Rusiyanın gəlir mənbələrinə “həqiqətən zərbə vuracaq”.

Daimi nümayəndə “Newsmax” telekanalının efirində iddia edib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalçılarına qarşı sanksiyalar tətbiq etməklə sülhün bərqərar olmasına şərait yaratmağa çalışır.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …