“Biz Azərbaycanın terrorizmə qarşı mübarizəyə töhfə verməsini, həmçinin Ukraynaya yardım göstərməsini yüksək qiymətləndiririk”.
Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib.
Səfir deyib ki, onun ABŞ-ın Azərbaycandakı səfiri kimi fəaliyyəti başa çatmaq üzrədir: “Burada olmaq mənə xoş idi”.
Ö.Litzenberger xatırladıb ki, bu il Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd edib.
“Biz Azərbaycana, bütün regiona firəvanlıq və sabitlik arzulayırıq”, – diplomat vurğulayıb.