Bazar ertəsi , 14 Aprel 2025
Drone Cameras

ABŞ sərhəddə miqrantlarla bağlı fövqəladə vəziyyət elan edib

ABŞ-ın Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinin meri Oskar Liser miqrantlarla əlaqədar fövqəladə vəziyyət elan edib.

Şəhər rəhbərinin sözlərinə görə, federal tərəfdaşlarla söhbətində ona çərşənbə günü (dekabrın 21-də) miqrantların sayının 2,5 min nəfərdən 6 min nəfərə qədər artacağı bildirilib.

“Onlardan bunun öhdəsindən gələ biləcəklərini soruşduqda, “yox” cavabı verildi. Mən belə bir cavab alanda bu, dərhal hərəkətə keçməli olduğum demək idi”, – Liser deyib.

Meriyadan bildirilib ki, fövqəladə qaydalar vəziyyətə cavab vermək üçün əlavə resurslar – miqrantlar üçün sığınacaqlar və hüquq-mühafizə orqanlarının işinin təminatına imkan verəcək.

Qeyd edək ki, şəhərin küçələrində mənfi dərəcə temperaturda açıq havada yatan miqrantların sayı artıb.

Check Also

Misir və İsrail arasında Qəzza ilə bağlı yeni təkliflər mübadiləsi aparılıb

HƏMAS hərəkatı və İsrail arasında danışıqlarda ABŞ və Qətərlə yanaşı vasitəçi kimi çıxış edən Misir …