Cümə , 30 Yanvar 2026
Drone Cameras

ABŞ təyyarələri İranı vurmaq üçün Türkiyə səmasından istifadə etməyib – Səfirlik açıqlama yaydı

Müxtəlif media orqanlarında yer alan “İranın nüvə obyektlərinə hücumlar həyata keçirən Amerika bombardmançılarının Türkiyənin hava məkanından istifadə etdiyi” iddiaları dezinformasiyanın məhsuludur.

İsrailin İrana qarşı başlatdığı hücumlarda Türkiyənin hava məkanı heç vaxt pozulmadığı kimi, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücumlarda da Türkiyənin hava məkanından qətiyyən istifadə olunmayıb.

Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi  saxta xəbərlərlə bağlı açıqlama yayıb.

Açıqlamada da sonra qeyd olunur:

“Əslində; Amerikadan havaya qalxan, Cəbəllütariq boğazından girərək Aralıq dənizinin cənubundan İsrailə çatan bombardmançı təyyarələr İraqdan keçərək İranı vurublar.

Sözügedən bombardmançı təyyarələr hücumdan sonra eyni marşrutu əks istiqamətdə izləyiblər; qayıdanda Aralıq dənizi üzərində (Kritin cənubu) yanacaq doldurublar və ABŞ-a qayıdıbıar.

Türkiyə Respublikası Yaxın Şərqdə sülh və sabitliyi israrla müdafiə etməyə davam edir; Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu məqsədlə diplomatiyanı yaşatmaq üçün atılan təşəbbüslərə rəhbərlik edir.

Əksinə olan istənilən iddia dezinformasiya məhsuludur”

Check Also

“Bu limanları vurmaqla İran iflic olacaq, 8-10 milyon qaçqın isə…” – Tofiq Zülfüqarovdan SENSASİON proqnozlar

“Üç sual, üç cavab” layihəsinin suallarını sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb. Diplomatla …