Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ Ukraynanın müdafiə qabiliyyətini qiymətləndirib

ABŞ Prezidenti Cozef Bayden Ukraynanın müdafiə qabiliyyətini qiymətləndirib.

Bu barədə Boyukmillet.com “Report”a istinadən xəbər verir.

ABŞ Prezidentinin sözlərinə görə, hazırda Ukraynada müdafiə avadanlığı kifayət qədərdir.

Amerika lideri qeyd edib ki, ABŞ ordusunun və NATO-ya üzv ölkələrin hesablamalarına görə, Ukrayna “etdiklərinin” (müharibə-red) davamı üçün lazım olan hər şeyə malikdir.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda, milyonlarla mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib. Müharibə hələ davam edir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …