Bazar , 15 Mart 2026
Drone Cameras

ABŞ vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ ETDİ

ABŞ Dövlət Departamenti vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, onları İrana səyahət etməkdən çəkinməyə çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə mesaj departamentin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

Bildirişdə qeyd olunur ki, ABŞ-ın Tehranda səfirliyi yoxdur və vətəndaşlarının İranda olması terrorizm, kütləvi iğtişaşlar, adam oğurluğu və əsassız həbs də daxil olmaqla ciddi risklərlə əlaqələndirilir.

Dövlət Departamentinin açıqlamasında deyilir: “Təhlükəsizliyiniz üçün heç bir halda İrana səyahət etməməyiniz tövsiyə olunur”.

Check Also

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. …