Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

ABŞ və Avropadakı “Amazon” anbarlarının işçiləri “qara cümə”də tətillər planlaşdırırlar

Anbar işçiləri və sürücülər “Amazon.com Inc.” ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya “qara cümə”də əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan etməyi planlaşdırırlar.

Boyukmillet.com xəbər verir ki, bu barədə “UNI Global Union” həmkarlar ittifaqları beynəlxalq federasiyasının bəyanatında deyilir.

Qeyd edilib ki, İngiltərədə bir anbarın 1000-dən çox işçisi tətilə çıxıb. Onlara 30 ölkədən olan həmkarları qoşula bilər.

“MarketWatch” bildirir ki, tətillər ilin ən işlək günlərindən birində onlayn ticarət üçün malların çatdırılmasında gecikmələrə səbəb ola bilər.

Almaniyadakı “Amazon” nümayəndəsi isə bunun çatdırılma müddətlərinə təsir etməyəcəyini bildirib.

“Amazon” əməkdaşları artıq dördüncü ildir ki, müxtəlif “qara cümə” aksiyaları keçirirlər.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …