Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

ABŞ və Çexiya hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

ABŞ və Çexiyanın hərbi sənaye kompleksləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, sənədi Pentaqonun rəhbəri Lloyd Ostin və Çexiyanın müdafiə naziri Yana Çernoxova imzalayıb.

“Bu müqavilə Çexiya müdafiə müəssisələrinin ABŞ-dan sifarişlər almasını xeyli asanlaşdıracaq”, – Çernoxova bildirib.

Tərəflər, həmçinin yaxın vaxtlarda müdafiə sahəsində əməkdaşlıq haqqında saziş bağlamaq niyyətlərini təsdiqləyiblər.

Qeyd edilidiyi ki, ABŞ-ın əksər NATO ölkələri ilə belə müqavilələri var. Sənəd ümumi xarakter daşıyacaq.

ABŞ və Çexiya arasında bu gün keçən danışıqlarda ölkənin silahlı qüvvələrinin modernləşdirilməsinə dair müzakirələr aparılıb. Ostin NATO-nun tərəfdaş dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsinə maksimum köməklik göstərəcəyini vəd edib.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …