ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər ediblər.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, qonaqlar şəhərdə aparılan abadlıq-quruculuq işləri, tarixi və mədəni abidələrlə tanış olublar.
Belə ki, qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, “Güllələnmiş heykəllər” kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.
Səfərdə məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır.
Xatırladaq ki, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərində səfər ediblər.