Bazar , 11 Yanvar 2026
Drone Cameras

ABŞ və Rusiya təyyarələri Aralıq dənizi üzərində təhlükəli məsafədə uçub

ABŞ və Rusiya təyyarələri Aralıq dənizində ötən həftə bir neçə dəfə təhlükəli şəkildə bir-birinə yaxın uçublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

İnsidentlər fevralın 11 və 12-də beynəlxalq hava məkanında baş verib.

Nəşr iddia edir ki, Rusiyanın üç Su-35 qırıcısı Amerikanın üç P-8A kəşfiyyat təyyarəsinin uçuş yolunu keçib. Bir anda iki ölkənin təyyarələri bir-birindən 5 metr) məsafədə olublar.

Pentaqon iki hadisəni təhlükəli, üçüncünü isə qeyri-peşəkar kimi qiymətləndirib.

“Biz narahatlığımızı diplomatik kanallar vasitəsilə Rusiya rəsmilərinə çatdırmışıq. Heç bir tərəf zərər görməsə də, bu cür hərəkətlər təhlükəli fəsadlara gətirib çıxara bilər”, – ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Mayk Kafka bildirib.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …