Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

ABŞ yə­hu­di li­der­lə­ri­nin Pre­zi­dent İl­ham Əli­yev­lə gö­rü­şün­də xü­su­si diq­qət ye­ti­ril­miş mə­sə­lə­lə­rin ma­raq­lı da­i­rə­si…

İs­ma­yıl Ağa­yev: “Çün­ki bu­ra həm də on­lar­la ey­ni qa­nı da­şı­yan çox­lu say­da yə­hu­di­nin də və­tə­ni­dir”

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Ame­ri­ka Yə­hu­di Ko­mi­tə­si­nin ic­ra­çı di­rek­to­ru De­vid Har­ri­sin və ko­mi­tə­nin pre­zi­den­ti Con Şa­pi­ro­nun baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti­ni qə­bul edib. Gö­rüş­də Azər­bay­can­da iq­ti­sa­di və di­gər sa­hə­lər­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­lar ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb, bu is­la­hat­la­rın ya­xın­dan iz­lə­nil­di­yi qeyd olu­nub.

Azər­bay­can Pre­zi­den­ti­nin Da­vos­da sə­mə­rə­li gö­rüş­lər ke­çir­di­yi vur­ğu­la­na­raq, bü­tün bun­lar dün­ya­da Azər­bay­can­la əmək­daş­lı­ğa olan ma­ra­ğın gös­tə­ri­ci­si ki­mi də­yər­lən­di­ri­lib.

Söh­bət za­ma­nı Azər­bay­can­la ABŞ ara­sın­da iki­tə­rəf­li əla­qə­lə­rə to­xu­nu­lub, bu əla­qə­lə­rin müx­tə­lif sa­hə­lər­də in­ki­şa­fın­dan məm­nun­luq ifa­də edi­lib. Ey­ni za­man­da, Azər­bay­can-ABŞ əmək­daş­lı­ğı­nın bun­dan son­ra da da­vam et­di­ri­lə­cə­yi əmin­lik­lə qeyd olu­nub. Da­ha son­ra Azər­bay­can-İs­ra­il əla­qə­lə­rin­dən da­nı­şı­lıb, əla­qə­lə­ri­mi­zin müx­tə­lif sa­hə­lər­də in­ki­şa­fı­nın ra­zı­lıq do­ğur­du­ğu bil­di­ri­lib.

İs­ra­i­lin baş na­zi­ri Ben­ya­min Ne­tan­ya­hu­nun öl­kə­mi­zə sə­fə­ri­nin bu əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si ba­xı­mın­dan önə­mi vur­ğu­la­nıb.

Gö­rüş­də Azər­bay­can­la Ame­ri­ka Yə­hu­di Ko­mi­tə­si ara­sın­da əmək­daş­lı­ğın bun­dan son­ra da da­vam et­di­ri­lə­cə­yi­nə əmin­lik ifa­də olu­nub.

Ame­ri­ka Yə­hu­di Ko­mi­tə­si­nin Azər­bay­can­da baş ve­rən müx­tə­lif səp­ki­li pro­ses­lə­rə, həm­çi­nin, Azər­bay­can-İs­ra­il mü­na­si­bət­lə­ri­nə be­lə önəm ver­mə­si nə­yin əla­mə­ti sa­yı­la bi­lər?

Bey­nəl­xalq Di­as­por Mər­kə­zi­nin səd­ri İs­ma­yıl Ağa­yev qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Ame­ri­ka Yə­hu­di Ko­mi­tə­si çox nü­fuz­lu bir qu­rum­dur: “Bi­lir­si­niz ki, dün­ya­da ya­şa­yan bü­tün yə­hu­di­lər İs­ra­i­li öz doğ­ma ev­lə­ri sa­yır. Bu da nor­mal­dır. Çün­ki hə­min mil­lə­tin nü­ma­yən­də­lə­ri müx­tə­lif öl­kə­lər­də ya­şa­sa­lar da, on­la­rın bir müs­tə­qil öl­kə­si var. O da İs­ra­il­dir. Bə­li, İs­ra­il dün­ya­da ye­ga­nə müs­tə­qil yə­hu­di döv­lə­ti­dir. Hə­min öl­kə ilə bi­zim mü­na­si­bət­lə­ri­miz hər za­man yük­sək sə­viy­yə­də olub. Bi­zim öl­kə­də də çox­lu say­da yə­hu­di əsil­li şəxs ya­şa­yıb. Ha­zır­da da yə­hu­di­lə­rin kom­pakt ya­şa­dı­ğı əra­zi­lər var. Bir mü­səl­man öl­kə­sin­də yə­hu­di­lə­rə bəs­lə­nən ol­duq­ca də­rin sə­mi­miy­yət bü­tün dün­ya­nı hey­rət­lən­di­rir. Xü­su­si­lə də yə­hu­di qu­rum­la­rı bu mə­sə­lə­yə bö­yük önəm ve­rir. Ha­zır­da İs­ra­il­də Azər­bay­can­dan kö­çən 70 min­dən ar­tıq yə­hu­di ya­şa­yır. Bu heç də o de­mək de­yil ki, on­lar Azər­bay­ca­nı tam unu­dub­lar. Ək­si­nə, hə­min şəxslər öz öl­kə­lə­rin­də Azər­bay­can di­as­po­ru ət­ra­fın­da bir­lə­şib. İs­ra­il­lə Azər­bay­can ara­sın­da çox də­rin mü­na­si­bət­lər möv­cud­dur. Bu, müx­tə­lif sa­hə­lə­ri əha­tə edir. Bu­nun fər­qin­də olan nü­fuz­lu yə­hu­di təş­ki­la­tı­nın rəh­bər­lə­ri Azər­bay­can­la bağ­lı bü­tün de­tal­la­ra xü­su­si fi­kir ve­rir­lər. Çün­ki bu­ra həm də on­lar­la ey­ni qa­nı da­şı­yan çox­lu say­da yə­hu­di­nin də və­tə­ni­dir. Fi­kir ver­di­niz ki, Ne­tan­ya­hu­nun bu­ra sə­fə­ri­nə bə­zi qon­şu­la­rı­mız eti­raz et­sə də, Azər­bay­can prin­si­pi­al möv­qe­yin­dən dön­mə­di”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir