Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

ABŞ yenidən Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib

ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində iki narkotik alverçisi öldürülüb.

“SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə “Cənub nizəsi” birgə əməliyyat qrupu iyunun 3-də gəmiyə zərbə endirib. Kəşfiyyat onun Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət etdiyini və narkotrafikin həyata keçirilməsi üçün tətbiq olunduğunu təsdiqləyib”, – məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb.

Daha əvvəl “New York Post” qəzeti ABŞ hərbçilərinin Cənubi Amerika sahillərində gəmilərə endirdiyi hava zərbələri nəticəsində 200-dən çox insanın öldüyü barədə məlumat vermişdi.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …