Bazar , 19 May 2024
Drone Cameras

Abşeronda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 22-də Abşeron rayonunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb,xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.

Rayon Məhkəməsinin inzibati binasında baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şura üzvləri iştirak ediblər.

Xanım başçı peşə bayramı münasibətilə ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib. İ.Gülməmmədova Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bildirilib ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin ən şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük maraq doğurub. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

Rayon Məhkəməsinin sədri Elçin Kazımov Azərbaycan ədliyyəsinin yaranmasından 101 il ötdüyünü qeyd edib. Son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparıldığını, ədliyyə orqanlarının fəaliyyətinin genişləndirildiyini, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqinin təmin edildiyini, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Daha sonra toplantıda iştirak edən qonaqlar çıxış edərək, ədliyyə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik ediblər .

Tədbirin sonunda xidmətdə fərqlənmiş bir qrup ədliyyə orqanlarının əməkdaşları rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif edilib.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …