Çərşənbə , 12 Mart 2025
Drone Cameras

Abxaziyada iki deputat güllələlənib

Vaxtanq Qolandziya öldürülüb, Kan Kvarçiya isə yaralanıb

Tanınmamış Abxaziya Respublikasının parlamentində atışma olduğu bildirilir.

Məlumata görə, deputat Vaxtanq Qolandziya öldürülüb, müxalifətçi Kan Kvarçiya isə yaralanıb.

Parlamentdə atışma zamanı kriptovalyuta mədənçiliyinin qadağan edilməsi ilə bağlı qanun layihəsinin müzakirə olunduğu bildirilir.

Gürcüstanın tərkib hissəsi olan Abxaziyanın de-fakto lideri Aslan Bjaniya bir neçə həftə əvvəl istefaya gedib.

Buna Rusiya ilə imzalanan mübahisəli investisiya müqaviləsinin yaratdığı qarşıdurma səbəb olub.

Amma o, gələn il fevralın 15-nə nəzərdə tutulan Prezident seçkisində iştirak edəcəyini deyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, deputat Adqur Xaraziya atəş açmaqda şübhəli bilinir.

Onun hadisə yerindən qaçdığı qeyd olunur.

Check Also

“Görürsünüz ki, Tramp hakimiyyətə gəlib qəpik hesablayır”

“Ölkədə QHT-lərin inkişaf etməsinə normal baxıram. Görülən işlərə əhəmiyyətli baxmalıyıq. Amma elə 51 QHT yoxdur …