Bazar , 23 Fevral 2025
Drone Cameras

ADB Azərbaycanda iqtisadi artıma dair proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 3,5 % çox olacağını proqnozlaşdırır.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.

Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə 0,7 faiz bəndi çoxdur.

Bank gələn il isə Azərbaycanda 3,8 % iqtisadi artım gözləyir.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının isə bu il 4,4 % (əvvəlki proqnoza nisbətən 0,2 faiz bəndi çox), gələn il isə 4,6 % böyüyəcəyini proqnozlaşdırır.

Check Also

AQC sığorta bazarının daha bir lideri ilə – ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALADI

AQC üzvləri “Atəşgah” Sığorta Şirkətinin güzəştli xidmətindən istifadə hüququ qazanıb  Boyukmillet.com xəbər verir ki, Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti …