Sentyabrın 23-də Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının iclası keçirilib.
Boyukmillet.com xəbər verir ki, iclasda çıxış edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev dövlətlərin sülh içində birgə yaşamalı olduğunu, bir-birinin sərhədlərinə hörmətlə yanaşmasının zəruriliyini diqqətə çatdırıb. Ölkələrarası münasibətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun tənzimlənməli olduğunu qeyd edən Milli Məclis sədrinin müavini hazırlanan qanun layihələri və gündəlik barədə geniş məlumat verib.
Sonra “Milli təhlükəsizlik haqqında” model qanun layihəsi, “Sərhəd təhlükəsizliyi haqqında”, “Dövlət sərhədi haqqında” model qanunlara dəyişikliklər edilməsi barədə məsələlər müzakirə olunub.
İclasda Adil Əliyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini vəzifəsinə seçilib.
MDB PA-nın iclaslarında Milli Məclisin deputatı Arzu Nağıyev də iştirak edir.