Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub.

Boyukmillet.com xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Məlumata görə, səhmdar cəmiyyətinin 100 % törəmə müəssisəsi – “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi iyulun 29-da Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb. Tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.

“SA Maritime AFEZCO”nun aldığı “Aframax” tipli 3 tankerin hər birinin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …