Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

Ağ Ev İrana qarşı sanksiyaların ləğvi şərtini açıqlayıb

İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) əməl edəcəyi təqdirdə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv edə bilər.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli nümayəndəsi bildirib.

“İranın nüvə sazişinə qayıtması ABŞ-ın sanksiyalarını ləğv etməyin yeganə yoludur”, – nümayəndə qeyd edib.

Xatırladaq ki, İranın nüvə sazişi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üzrə danışıqların 7-ci raundu noyabrın 29-da Vyanada başlayıb.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …