Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ağdamda azad olunan ərazilərdə bərk məişət tullantılarının idarə olunması ilə bağlı müzakirələr aparılır

Ağdam Konfrans Mərkəzində Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir.

Boyukmillet.com xəbər verir ki, iclasa sədrliyi ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov edir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, AMEA-nın vitse-prezidenti İradə Hüseynova və digər rəsmilər iştirak edirlər.

İclasda Qarabağ iqtisadi rayonunda infrastruktur layihələri həyata keçirilərkən ekoloji tələblərin icra vəziyyəti, biomüxtəlifliyi və onun tədqiqi, işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması haqqında müzakirələr aparılır.

Həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında torpaqların elektron kadastr uçotu işlərinin nəticələrinə dair, Ağdam, Füzuli və Xocavənd rayonlarında mövcud mineral xammal yataqlarının vəziyyəti və istifadə perspektivləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə, yaşıllıq və əkin sahələrində baş verə biləcək yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması, bu sahədə birgə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Ağdam şəhərində keçirilmiş regional müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər barədə çıxışlar edilir.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …