Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Agentlikdə TİKA rəsmisi ilə görüş keçirilib

Martın 15-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru cənab Fatih Yılmazla görüş keçirilib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq onlara Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. Ölkədə QHT sektorunun inkişafı sahəsində görülən işləri diqqətə çatdıraraq, Azərbaycan və Türkiyə QHT-ləri arasında əməkdaşlıq imkanlarına toxunub. O, TİKA-nın dəstəyi ilə Türkiyə-Azərbaycan QHT Akademiyasının təsis olunması məsələlərinə toxunub.

Görüş zamanı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru cənab Fatih Yılmaz çıxış edərək TİKA-nın Azərbaycanda icra etdiyi layihələr haqqında məlumat verib. Vətəndaş Cəmiyyəti sahəsində müxtəlif layihələrin olduğunu və TİKA-nın bu istiqamətdə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Görüşdə eyni zamanda, Agentliyin icraçı direktorunun müavini Emil Çaparlı, layihələrin idarəolunması departamentinin müdiri Elnur Bağırlı, beynəlxalq əməkdaşlıq məsələləri üzrə menecer Toğrul Məmmədli, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, TİKA Bakı Proqram Koordinasiya Ofisinin assistent Abbas Hümbətov iştirak ediblər.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …