Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində növbəti qaliblər bəlli olub

20 və 23 yaşlı gənc oğlan və qızlarlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci günə start verilib.

Boyukmillet.com-un məlumatına görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə ilk olaraq körpücük üzərinə 73 kq-da mübarizə aparan atletlər çıxıb.

Yaşı 20-yədək olan idmançılar arasında toplam 253 kq (111+142) nəticə göstərən Rəhim Kazımov qızıl medal qazanıb. 208 kq-ın (92+116) öhdəsindən gələn Nəcəf Nəzərov gümüş, 201 kq (86+115) nəticə ilə Kamal İsmayılov bürünc medala sahib çıxıb.

23 yaşadək ağırlıqqaldıranların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə toplam 262 kq-la (120+142) Kənan Xəlilov qalxıb. Sonrakı pillələrdə müvafiq olaraq 251 kq (110+141) nəticə ilə Ruslan Həsənov və 206 kq-la (100+106) Nizami Həsənov qərarlaşıb.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …