Çərşənbə , 16 Aprel 2025
Drone Cameras

Ağsuda avtomobilin sükanı kilidlənib, ailə qəzaya düşüb

Ağsu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Hümbətov Fərid Hüseyin oğlu idarə etdiyi” Niva” markalı avtomobillə hərəkətdə olarkən sükan qəfildən kilitlənib.

Nəticədə F. Hümbətov idarəetməni itirdiyi üçün avtomobil qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə zamanı sürücünün həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Brilliant Ərəstun qızı yaralanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Sel Ağsuda can aldı

Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində …