Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Aİ Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəsi alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib.

“Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır”, – o vurğulayıb.

P.Stano həmçinin əlavə edib ki, Aİ tərəfləri hərbçilərin meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırır.

Check Also

Kiyevdən Bakıya tam dəstək: “Eyni silahlarla bizim şəhərləri də vururlar”

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana etdiyi PUA hücumları ilə bağlı bəyanat yayaraq, bu hadisəni pisləyib.Boyukmillet.com …