“Avropa İttifaqı Azərbaycanın işğal azad edilmiş ərazilərindəki minalardan təmizləmə işləri zamanı xəsarət alaraq əlillik təyin edilən şəxslərin reabilitasiya prosesində yaxından iştirak edəcək”.
Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
Onun sözlərinə görə, bu gün Azerbaycan əlillik sahəsində bir çox Avropa ölkələrinin qarşılaşdığı çətinliklərlə üzləşir: “Təbii ki, Azərbaycanda sosial siyasətin tətbiqi bu çətinliklərin aradan qaldırılmasına xidmət edir. Aİ digər sahələrdə də Azərbaycana dəstək olur. İşğaldan azad edilən ərazilərdə minalardan təmizləmə işləri davam etdirilir. Minaların partlaması nəticəsində əlillik qazanmış şəxslərin reabilitasiyasında da yaxından iştirak edəcəyik”.