Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Aİ-nin kredit qrupu Azərbaycanın yerləşdiyi regiona 362 mln avro investisiya yatırıb

2022-ci ildə Avropa İttifaqının (Aİ) kredit qrupu Avropa İnvestisiya Bankı (EIB) və Avropa İnvestisiya Fondunun (EIF) Şərq Qonşuluğu (Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus və Moldova) üzrə ümumi maliyyələşdirməsi 362 milyon avro təşkil edib.

Boyukmillet.com  bu barədə EIB-ə istinadən xəbər verir.

Məlumata görə, Aİ-nın kredit qrupunun imzalanmış ümumi maliyyələşdirməsi 72,45 milyard avro təşkil edib ki, bunun 65,15 milyard avrosu Aİ daxilində, 9,18 milyard avrosu isə Aİ-dən kənardakı layihələr olub.

Həmçinin ümumi maliyyələşmənin 65,15 milyard avrosu EIB-in, 9,18 milyard avrosu isə EIF-in payına düşüb.

Aİ-nin kredit qrupunun dəstəklədiyi ümumi investiyanın həcmi 230 milyard avro olub. Ümumi investisiyaların 58 %-ni isə “yaşıl” maliyyələşdirmə təşkil edib.

Hesabat dövründə Avropa İnvestisiya Bankı və Avropa İnvestisiya Fondu innovasiya, rəqəmsal və insan kapitalına 17,93 milyard avro, davamlı enerji və təbii ehtiyatlara 20,86 milyard avro, şəhərlərin və regionların davamlılığına 17,31 milyard avro, KOB-lara isə 16,35 milyard avro yatırıb.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …