Bazar , 11 Yanvar 2026
Drone Cameras

Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiya paketinin tətbiq edilə biləcəyi tarix məlum olub

Avropa İttifaqı (Aİ) artıq aprel ayında Rusiyaya qarşı 11-ci sanksiya paketini tətbiq edə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin Rusiya ilə əlaqələr üzrə nümayəndə heyətinin üzvü, Xorvatiyadan olan deputat İvan Vilibor Sinçiç “İzvestiya” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, aprelin sonuna kimi yeni məhdudiyyətlər gözləmək olar. Bu qənaətə parlamentari Avropa İttifaqının qərarlarının keçmiş dinamikasına əsaslanaraq gəlib.

Xatırladaq ki, daha öncə Avropa Parlamentinin Almaniyadan deputatı Qunnar Bek Aİ-nin bu həftə məhdudlaşdırıcı tədbirlər görə biləcəyini bildirib.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …