Cümə , 27 Mart 2026
Drone Cameras

Aİ və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır

Avropa İttifaqı və beynəlxalq banklar Ukraynadan taxıl ixracı üçün bir milyard avro ayırır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə bildirib.

Lyayen qeyd edib ki, Dünya Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının qoşulduğu bu maliyyə tranşının 250 milyon avrosu Avropa İttifaqı tərəfindən ayırılacaq.

O, vurğulayıb ki, bu pullar, xüsusən də məhsul daşıyan yük maşınlarının gözləmə müddətini azaltmaq üçün Moldova ilə sərhəddə yolların təmirinə və sərhəd-keçid məntəqələrinin inkişafına yönəldiləcək.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …