Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Aidə Şirinova ilə bağlı Prezidentə və MSK -ya şikayət olunacaq.

    12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizəd Aidə Şirinovanın səlahiyyətli nümayəndəsi İlhamə Qəsəbova qanun pozuntuları ilə bağlı Boyukmillet.com-a müraciət ünvanlayıb.Müraciəti olduğu kimi təqdim edirik.

    12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində 9 fevral növbədənkənar parlamentə seçkilər zamanı olduqca saxtakarlıq baş alıb getdi. Bu barədə, 115 qaynar xəttə dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, heç bir nəticə olmadı. 2 saylı məntəqədə məntəqə sədri Təranə xanım qanunsuz olaraq kütləvi müəllim ordusunun saxta səslərindən istifadə edirdi. Digər rayon qeydiyyatı olan vətəndaşlar səs verirdilər. Bu hal 5 saylı məntəqədə sədr İntizar xanımın vasitəsiylə də həyata keçirilirdi. 21 saylı məntəqədə Zakir müəllimin vasitəsiylə isə hərbiçilər gətirilib saxta səslər verilib. Hərbiçilər Səbinə Xasayevanı hardan tanıyırlar ki, bu qədər ona sevgiləri olub 200 dən artıq səs veriblər.  22 saylı məntəqədə Gültəkin xanım da özünü xəstə kimi qələmə verirdi. 23 saylı məntəqədə də eyni şəkildə kütləvi saxtakarlıq vardır. 25, 27, 28, 29, 32 saylı məntəqələrdə isə olduqca biabırçılıq oldu. Belə ki, bu məntəqələrdə valideyn kütləsini cəlb edib Səbinə Xasayevaya səs toplayırdılar. Hətta valideynləri valideyn iclası adından  siniflərə toplayıb kütləvi səs verdiridilər. 27 saylı məntəqə sədri Ətir müəllimə olduqca məsuliyyətsiz və saxta yollarla Səbinə Xasayevaya səs toplayırdı.  Mən sizdən çox xahiş edirəm ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən saxta seçilən Səbinə Xasayevanın səs toplamaları yenidən yoxlanılsın və müəyyən edilsin ki, hansı yolla 21 saylı məntəqədə 221 səs, 26 saylı məntəqədə 205 səs, 32 saylı məntəqədə 219 səs toplayıb. Sizcə bu məntəqələrdə təxminən eyni səs toplayan Səbinə Xasayevanın saxtakarlığı açıq-aşkar bəlli deyilmi? 24 , saylı məntəqədən isə qaralama protokolu müşahidəçilərimizə verilməyib. Çox güman ki, sabah o səslər də 200 dən artıq olacaq ki, əskik olmayacaq. Xahiş edirəm, yuxarıda adlarını çəkdiyim məntəqələrdəki, səslər yenidən yoxlanılsın və şəxsiyyət vəsiqələrinə nəzarət olunmasında bir mətbuat olaraq bizə yardım edəsiniz.  Mən əminliklə söyləyə bilərəm ki, həmin dairədən Aidə Rəcəb qızı Şirinova seçilib. Əgər 200 civarında olan səslər ləğv edilərsə yerdə qalan səsləri hesablansa inanıram ki, bu saxtakarlığa göz yummayacaqsınız. Mən bu barədə Ölkə başçısına da müraciət edəcəm.

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …