Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Ailəsi Hacı Məmmədovu dəfn edib – məzarını isə gizlədir (İDDİA)

Ailəsi Hacı Məmmədovun məzarını gizlədir.

Musavat.com xəbər verir ki, H.Məmmədovun nəşi dünən axşam saatlarında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsin ailəsinə təhvil verilib. Bü gün səhər saatlarında isə dəfn edilib.

Musavat.com xəbər verir ki, H.Məmmədovun vəkili Afət Qazıyeva deyib ki, ailəsi onu dəfn edib.

Vəkil söyləyib ki, H.Məmmədovun hansı qəbiristanlıqda dəfn edilməsi barədə ailəsi heç kimə məlumat vermək istəmir.

Bəzi saytlar isə Abşeron Rayon İH-ə istinadən yazırlar ki, H. Məmmədov Saray qəsəbəsindəki qəbristanlıqda dəfn olunub. Musavat.com Abşeron İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Rəsmilərdən biri müxbirimizə deyib ki, saytların yazdığı həqiqəri əks etdirmir, İcra Hakimiyyətindən heç kim elə bir açıqlama verməyib. 

Saray bələdiyyəsi də H. Məmmədovun qəsəbənin qəbristanlığında dəfn olunması iddiasını təkzib edib. (musavat.com)

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir