Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

AKP-nin rəsmisi: “Azərbaycanlı qardaşlarımızın bizimlə bir yerdə olduğunu gördük”

“Bir millət, iki dövlət” dediyimiz azərbaycanlı qardaşlarımıza bizi bu çətin vəziyyətdə tək qoymadıqları üçün Çorum şəhərindən sevgi və hörmətlərimizi göndəririk”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Çorum şəhər təşkilatının sədri Yusuf Ahlatçı jurnalistlərə açıqlamasında deyib.

“Hörmətli ölkə rəhbərimizin də dediyi kimi – “Biz qardaşıq”. Azərbaycan çətin vəziyyətə düşdük deyəndə, oradakı qardaşlarımızın başı dara düşdüyündə burada hazırıq. Bu gün gördük ki, biz də burada çətin vəziyyətə düşəndə azərbaycanlı qardaşlarımız bizimlə bir yerdədir. Allah birliyimizi pozmasın. Azərbaycana təşəkkür edirik!”, – deyə Yusuf Ahlatçı bildirib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …