Bazar , 11 Yanvar 2026
Drone Cameras

Aleksandr Lukaşenko: “Belarusun işğalına imkan vermərəm”

“Belarusun işğal edilməsinə mən heç vaxt imkan vermərəm”.

Boyukmillet.com BelTa-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Sərhəd Komitəsinin sədri Anatoli Lappo ilə görüşündə bildirib.

“Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsinin oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”,- Aleksandr Lukaşenko komitə sədri Anatoli Lappodan istehza ilə soruşub.

Qeyd edək ki, Aleksanrd Lukaşenko Belarus dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi haqqında qərarı təsdiqləyib. Bildirilib ki, 2022-ci ildə Ukrayna istiqamətində dövlət sərhədinə daha çox diqqət ayrılacaq.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …