Cümə , 19 Aprel 2024
Drone Cameras

Ali Baş Komandanın siyasi iradəsi, Müzəffər Ordumuzun şücaəti – Rövşən Həmidov yazır

Bu tarix yaddaşımıza həm də 44 gün, Zəfər sözləri ilə həkk olunub. Əslində bunlar tək söz deyil, bunlar 30 illik münaqişənin, həsrətin, itkinin Qələbəsidir. 


Hər bir Azərbaycanlı üçün bu sözlərin çox böyük mənası var. Bu Qələbənin bizim üçün əhəmiyyətini təsəvvür etmək çətin deyil.Gecə saatlarında Ali Baş Komandanın xalqa müraciətindən sonra 44 günlük müharibənin hər gününü böyük həyəcan, ağrı, sevinclə yaşayan insanlarımız paytaxt küçələrinə çıxdılar. 


Azərbaycan xalqı 30 illik münaqişənin Zəfərini yaşadı. Bu tarixi anlar bütün regionlarda fəxr və qürur hissi ilə qeyd edildi. İnsanlarımız yaşadıqları sevinc, fəxarət hisslərini Şəhidlərimizin məzarlarını ziyarət edib, ruhları qarşısında baş əyərək, Zəfər yürüşündə əllərindəki bayrağı başlarının üstündə ucaldaraq, Alı Baş Komandan və Müzəffər ordumuza təşəkkür şüarları səsləndirərək ifadə etdilər.


Zəfər tariximizə qızıl hərflərlə həkk olunmuş 44 günlük müharibənin istər döyüş meydanında, istərsə də siyasi arenada qələbə ilə bitməsi Ali Baş Komandanın siyasi iradəsi, Müzəffər ordumuzun şücaəti sayəsində oldu. Dərsliklərə salınacaq döyüşlərin qəhrəman əsgərləri bütün dünyaya Azərbaycanın gücünü göstərdilər.


Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Təşəkkürlər Ali Baş Komandan və Azərbaycan əsgəri!

Rövşən Həmidov

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …