Cümə , 22 Noyabr 2024
Drone Cameras

Allahşükür Paşazadə ABŞ-a gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb.

Bu barədə  İdarədən bildirilib.

Belə ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olacaq.

Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edəcək, burada müəlim heyəti və “Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər.

Həmçinin Yuta Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzində, Yuta Ştatı Dünya Ticarət Mərkəzində, Yuta Ştatının Katital Konfrans Mərkəzində, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin Humanitar Mərkəzində də görüşlər olacaq.

Azərbaycan nümayəndə heyəti tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete səfərdə iştirak edirlər.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …