Cümə , 22 Noyabr 2024
Drone Cameras

Allahşükür Paşazadə: “Azad edilən ərazilərdə türk-İslam abidələri bərpa olunur”

“44 günlük Vətən müharibəsində Azərbaycan xalqı müdrik lideri, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad edib. Ermənistan işğal dövründə Azərbaycana qarşı təkcə etnik təmizləmə və soyqırım deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı da təcavüz siyasəti yeridib”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlər Şurasının təsis konfransında çıxışı zamanı bildirib.

O, erməni silahlılarının uzun illər ərzində Azərbaycanın mədəni irsinə ciddi zərərlər vurmasından da danışıb: “Azərbaycanın işğaldan azad edilən torpaqlarında ümumislam əhəmiyyətli, türk mədəni-mənəvi irsi abidələrinə qarşı vandalizm aktları, həqarətlər törədilib. Hazırda qalib Azərbaycan dövləti milli-mənəvi, türk-İslam abidələrimizi bərpa edir, yenidənqurma işləri həyata keçirir. Dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə yerlə yeksan edilmiş şəhər və kəndlərimiz yenidən inşa olunur, ən müasir infrastruktur layihələri həyata keçirilir. İnşallah, sizlər Azərbaycanda səfərdə olarkən azad olunmuş ərazilərimizi birgə ziyarət edəcəyik”.

A.Paşazadə deyib ki, Şuşa şəhərinin 2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilməsi orada yerləşən türk-İslam mədəniyyətinə məxsus tarixi abidələrin dünyada tanıdılmasına öz töhfəsini verəcək.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …